...

Azərbaycan Prezidenti İlham Əliyev müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak edib.

Siyasət Materials 19 Mart 2010 14:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Zavodun eskiz layihəsi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker (və ya 60-70 min ton yükgötürmə qabiliyyəti olan 2 "Caspian Max" tipli tanker) və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.

Ötən ilin noyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti arasında zavodun inşasına və istismarına dair Anlaşma Memorandumu imzalanıb. Layihədə ARDNŞ 65, AİŞ 25, "Keppel Offshore & Marine" şirkəti isə 10 faizlik iştirak payına sahibdirlər. İlkin hesablamalara görə, layihənin dəyəri, təxminən, 300-350 milyon ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinin 2,5-3 ilə başa çatdırılması nəzərdə tutulur. Müəssisə işə düşəndən sonra ilkin mərhələdə burada min, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaq.

Prezident İlham Əliyev zavodun maketinə və monitorda layihə görüntülərinə baxdı.

Dövlətimizin başçısı mərasimdə çıxış edərək, Xəzərdə ilk belə müasir zavodun tikintisinin Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində xüsusi əhəmiyyətə malik olacağını bildirdi.

Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Eo mərasimdə çıxış etdi.

Sonra Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığı tökdü.

Xəbər lenti

Xəbər lenti