...

İlham Əliyev Tunis Prezidentini təbrik edib

Siyasət Materials 19 Mart 2010 18:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tunis Prezidenti Zeynulabidin ben Əliyə ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Tunis Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Tunis Prezidenti Zeynulabidin ben Əliyə ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrik məktubunda deyilir.

İlham Əliyev Zeynulabidin ben Əliyə ən xoş arzularını yetirib, dost Tunis xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti