...

İlham Əliyev Moskvada baş verən partlayışlarla bağlı Rusiya Prezidentinə başsağlığı verib

Siyasət Materials 29 Mart 2010 14:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Moskva metropolitenində çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışlarla bağlı Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib. - Bazar ertəsi AzərTAc Dövlət Agentliyi məlumat yayıb.
İlham Əliyev Moskvada baş verən partlayışlarla bağlı Rusiya Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Moskva metropolitenində çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışlarla bağlı Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib. - Bazar ertəsi AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

"Moskva metropolitenində çoxsaylı insan tələfatı ilə nəticələnmiş partlayışlar haqqında xəbər məni dərindən sarsıtmışdır. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm" , - başsağlığında bildirilir.

Xəbər lenti

Xəbər lenti