...

Gürcüstan Prezidenti Litva medalı ilə təltif olunub

Siyasət Materials 30 Mart 2010 13:33 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Litva medalı ilə təltif olunub.
Gürcüstan Prezidenti Litva medalı ilə təltif olunub

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Litva medalı ilə təltif olunub. Gürcüstan Prezidentinin mətbuat xidmətindən Trend -a verilən məlumata əsasən, Saakaşviliyə mükafatı bir gün əvvəl Litva xarici işlər naziri Audironius Ajubalis təqdim edib.

Medalda "Biz azadlığa inanırıq" sözləri həkk olunub.

"Bu medal Litvanın müstəqilliyinin iyirmi illiyi ilə əlaqədar buraxılıb və medal azadlığın qiymətini yaxşı bilən insanlara verilir. Azadlığın həqiqi dəyərini bilən sizdən başqa kimə bu medalı vermək olar?", - Litva XİN-in rəhbəri Gürcüstan Prezidentinə mükafatı təqdim edərkən bildirib.

Xəbər lenti

Xəbər lenti