...

ABŞ konqresmenlərinin Barak Obamaya ünvanlanan məktubunda Azərbaycanın əhəmiyyəti qeyd olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Mart 2010 17:00 (UTC +04:00)
ABŞ Konqresində Azərbaycan üzrə işçi qrpunun 10 üzvü Prezident Barak Obamaya məktub göndərib.
ABŞ konqresmenlərinin Barak Obamaya ünvanlanan məktubunda Azərbaycanın əhəmiyyəti qeyd olunub (ƏLAVƏ OLUNUB)

RED. əlav.: ikinci abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir S.Ağayeva/

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrpunun 10 üzvü Prezident Barak Obamaya məktub göndərib. Məktubda əsasən ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyəti qeyd olunub. Bu barədə ABŞ-ın ölkədəki səfirliyinə istinadən Azərbaycan XİN-in mətbuat xidmətindən Trend -a daxil olan məlumatda deyilir.

ABŞ Konqresinin üzvləri Bil Şuster, Solomon Ortiz, Maykl Konavey, Maykl Makmahon, Dan Barton, Con Buzman, Hovard Kobl, Syu Mirik, Denni Rehberq və Tim Raynın hazırladıqları məktubda deyilir ki, Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır. Azərbaycan və ABŞ iqtisadi, hərbi, terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edir, Azərbaycan Əfqanıstana yük nəqliyyatı üçün öz ərazisindən istifadə etmək yolu ilə NATO-nun Əfqanıstandakı əməliyyatlarını dəstəkləyir.

"Ümumi məqsədlərə nail olmağa səmərəli töhfəsini verən Azərbaycan NATO və Aİ-nin Cənubi Qafqazda etibarlı tərəfdaşıdır", - məktubda deyilir.

Konqresmenlər qeyd edirlər ki, ABŞ hökumətinin Azərbaycana birbaşa yardım göstərməsini qadağan edən 1992-ci ilin 907-ci düzəlişi regionda ABŞ-ın milli maraqlarına ziddir və iki ölkə arasında strateji tərəfdaşlığın genişlənməsi yolunda ciddi maneə olaraq qalır.

Bundan başqa, məktubda bildirilir ki, Birləşmiş Ştatların səfirinin 2009-cu ilin iyun ayından etibarən Azərbaycanda olmaması gərəksiz qeyri-müəyyənlik yaradır.

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ Moskva və Parislə birgə vasitəçilik missiyasında böyük fəallıq göstərməlidir", - məktubda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti