...

Gürcüstan qondarma "gürcü izi"nin təhqiqatında Rusiyanın xüsusi xidmətinə yardım göstərməyə hazırdır

Siyasət Materials 31 Mart 2010 15:06 (UTC +04:00)
Gürcüstan Moskvada törədilmiş terror aktlarının üstünün açılmasında Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. Bu barədə Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili "Rustavi-2" teleşirkətinin birbaşa efirində bildirib.
Gürcüstan qondarma "gürcü izi"nin təhqiqatında Rusiyanın xüsusi xidmətinə yardım göstərməyə hazırdır

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirsxalia/

Gürcüstan Moskvada törədilmiş terror aktlarının üstünün açılmasında Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. Bu barədə Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili "Rustavi-2" teleşirkətinin birbaşa efirində bildirib.

Bununla da o, RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Moskvada baş vermiş partlayışlarda "gürcü izi"nin olması barədə bəyanatını şərh edib. Patlayışlar zamanı 39 nəfər həlak olub.

"Əgər Rusiya tərəfinin bu terror aktlarında Gürcüstanın iştirakına dair hər hansı məlumatı varsa, onlar bizə müraciət edə bilərlər. Zəruri format var və biz bu çərçivədə əməkdaşlıq edə bilərik", -Yakobaşvili bildirib.

Bununla yanaşı o, Rusiyanın "Gürcüstan tərəfinə qarşı ittihamla bağlı gecikməsi"ndən təəccübləndiyini bildirib. "İki bəyanat var - xarici işlər naziri Sergey Lavrovun izlərin Əfqanıstan və Pakistana gedib-çıxması barədə bəyanatdır ki, Qərb üçün nəzərdə tutulub və gürcü izinin olması barədə Patruşevin bəyanatıdır ki, bu da Gürcüstanı düşmən eləmək məqsədilə daxili istehlak üçün nəzərə tutulub", - dövlət naziri vurğulayıb.

Onun fikrincə, əvvəllər Rusiyada hər şeyi yəhudilərin, indi də gürcülərin üstünə atırlar və bununla da fobiya yaradırlar.

Dövlət naziri hesab edir ki, Patruşevin bəyanatı "Gürcüstanın imicinə zərər vurulmasına yönələn təxribatdır, lakin bu gün bəzilərinin düşündüyü kimi elə də qaranlıq deyil". "Gürcüstan terrorizmi hər zaman pisləyib və pisləyir, hətta bu bizim düşmənlərimizə yönəldilibsə belə. Bu terror aktlarında günahkar olanların hamısı tapılıb cəzalandırılmalıdır", - o deyib.

Yakobaşvili qeyd edib ki, Gürcüstana Şimali Qafqazda problem lazım deyil. "Biz, məsələn, yeni Pankisi problemi istəmirik, hərbi əməliyyatlar təcavüzə sövq edə bilər", - o bildirib.

Xəbər lenti

Xəbər lenti