...

Azərbaycanın üç müxalifət partiyası seçki bloku yarada bilər

Siyasət Materials 1 Aprel 2010 17:11 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası rəhbərinin fikrincə, parlament seçkilərində müəyyən taktiki məsələləri həll etmək üçün seçki bloku yaratmaq mümkündür.
Azərbaycanın üç müxalifət partiyası seçki bloku yarada bilər

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası rəhbərinin fikrincə, parlament seçkilərində müəyyən taktiki məsələləri həll etmək üçün seçki bloku yaratmaq mümkündür.

"Ədalət Partiyasının seçki blokunun təsis olunması ilə bağlı təklifi Ali Məclisin aprelin 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq", - cümə axşamı TrendBöyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib.

Trend-in arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Onun sözlərinə görə, bəzi müxalifət partiyaları seçki blokunun yaradılması məsələsini elə qeyri-ciddi prosesə çeviriblər ki, digər qüvvələrin də təşəbbüsü ciddi qarşılanmır.

"Seçki blokları konkret seçkidə iştirak etmək üçün təsis olunur. Əgər kimsə bunu birləşmək kimi başa düşürsə, onda seçkiləri gözləməyə ehtiyac yoxdur", - Mustafa əlavə edib.

Müxalifətyönlü Böyük Quruluş Partiyası 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Mustafa (Fazil Qəzənfəroğlu) Milli Məclisin deputatıdır. Partiya sədri 2008-ci ildə keçirilmiş prezident seçkisində namizəd olub və 2,4 faiz səs toplayıb.

"Biz seçki bloku təsis etməyimizlə bağlı həm Böyük Quruluş Partiyasına, həm də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına təkliflərimizi təqdim etmişik", - cümə axşamı Trend-ə Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü bildirib.

Şükürlü deyib ki, BAXCP rəhbərliyi parlament seçkiləri ilə bağlı blok yaradılmasına müsbət yanaşır. "Bu partiyanın sədri Qüdrət Həsənquliyev hətta üç partiyanın birləşməsini də mümkün hesab edir. Müzakirələr davam edir. Əgər Böyük Quruluş Partiyası da təklifimizə müsbət cavab verərsə, seçkilərdə blok yaradıb namizədlərin vahid siyahısı ilə də iştirak edə bilərik", - "Ədalət" sədrinin müavini xatırladıb.

Ədаlət Pаrtiyаsı 1993-cü ildə yаrаdılıb, 1996-cü ildə АDP-yə birləşib. 2000-ci ildə "Ədаlət"çilər АDP-dən аyrılаrаq pаrtiyаnın fəаliyyətini bərpа еdiblər. 2001-ci ildən indiyədək Ədаlət Pаrtiyаsınа İlyаs İsmаyılоv sədrlik еdir. İsmаyılоv 2003-cü ildə Аzərbаycаndа kеçirilmiş prеzidеnt sеçkilərində prеzidеntliyə nаmizəd оlub və hazırdа Milli Məclisin dеputаtıdır.

Xəbər lenti

Xəbər lenti