...

Gürcüstan müxalifətinin 30 may yerli seçkilər qabağı daha bir birləşmək cəhdi

Siyasət Materials 2 Aprel 2010 12:27 (UTC +04:00)
"Gürcüstan üçün Alyans" liderlərindən biri Sozar Subari və "Gürcüstanı xilas et" ictimai hərəkatının lideri Levan Qaçeçiladze Pasxa bayramlarından sonra müxalifət sektoru ilə yerli seçkilərdə qüvvələrin birləşdirilməsi ilə bağlı məsləhətləşmələrə başlayacaqlar.
Gürcüstan müxalifətinin 30 may yerli seçkilər qabağı daha bir birləşmək cəhdi

Gürcüstan, Tbilisi, 2 aprel /Trend, müxbir N.Kirsxaliya/

"Gürcüstan üçün Alyans" liderlərindən biri Sozar Subari və "Gürcüstanı xilas et" ictimai hərəkatının lideri Levan Qaçeçiladze Pasxa bayramlarından sonra müxalifət sektoru ilə yerli seçkilərdə qüvvələrin birləşdirilməsi ilə bağlı məsləhətləşmələrə başlayacaqlar.

Sozar Subari əmindir ki, əgər müxalifət öz resurslarını birləşdirərsə, seçkilərdə yüz faiz qələbə çalacaq. O, bütün rəy və təklifləri dinləmək və müzakirə etmək niyyətindədir.

"Prezident bizə qarşı gah əsl, gah da virtual müharibə edirsə, ölkə onun üçün əyləncəyə çevrilirsə, onunla birdəfəlik qurtarmaq lazımdır və fikir ayrılıqlarına baxmayaraq, hamı bunun ətrafında birləşməlidir", - Subari deyib.

Onun sözlərinə görə, ən əsas olan bu rejimə qarşı səyləri birləşdirməkdir, baxışlar və mövqeləri isə sonra aydınlaşdırmaq olar.

Sozar Subari müxalifəti ölkənin taleyini sual altına qoymamağa və Tbilisidə 25 seçki dairəsinin hamısında 25 namizədin irəli sürülməsinə çağırıb.

Xəbər lenti

Xəbər lenti