...

Azərbaycanın Dəvəçi rayonunun adı dəyişdirildi

Siyasət Materials 2 Aprel 2010 16:49 (UTC +04:00)
Azərbaycanın Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran rayonu adlandırılıb.
Azərbaycanın Dəvəçi rayonunun adı dəyişdirildi

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran rayonu adlandırılıb.

"Dəvəçi rayonu Şabran rayonu adlandırılacq, Dəvəçi rayon inzibati ərazi vahidi Şabran rayon inzibati ərazi vahidi hesab ediləcək", - Trend-in məlumatına görə, cümə günü Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Rəhimzadənin sözlərinə görə, Dəvəçi şəhər inzibati ərazi dairəsi tərkibindəki Dəvəçi şəhəri Şabran şəhəri adlandırılacaq. "Dəvəçi şəhər inzibati ərazi dairəsi Şabran şəhər inzibati ərazi dairəsi hesab ediləcək", - komitə sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti