Gürcüstan, Tbilisi, 5 aprel /Trend, müxbir N.Kirsxaliya/
Aprelin 5-8-də Tbilisidə NATO - Gürcüstan Parlamentlərarası Şurasının ilk iclası keçiriləcək. Qanunvericilik orqanından Trend-ə verilən məlumata görə, NATO parlamentlərarası nümayəndə heyəti artıq Gürcüstandadır.
NATO Parlament Assambleyasının Təhlükəsizliyin Mülkü Ölçüsü Komitəsinin demokratik idarəetmə üzrə alt komitəsinin üzvləri Tbilisiyə gəliblər.
İlk iclas aprelin 6-da saat 11:00-da parlamentin konfrans-zalında keçiriləcək.
Həmin gün alyansın nümayəndə heyəti qanunvericilik orqanının spikerinin birinci müavini Mixail Maçavariani, Aİ missiyası rəhbərinin müavini general-leytenant Jilye Janvye, Gürcüstanın Baş nazir müavini, avrointeqrasiya üzrə dövlət naziri Georgi Baramidze, Baş nazir Nika Gilauri, reinteqrasiya məsələlərü üzrə dövlət naziri Temur Yakobaşvili ilə görüşəcəklər.
Aprelin 7-də NATO deputatları Qoridə qaçqınlar ilə görüşəcəklər.
Aprelin 8-də müdafiə naziri Baço Axalaya, XİN rəhbərinin birinci müavini Giga Bokeriya, Gürcüstanda akkreditə olunmuş NATO ölkələrinin səfirləri, xalq diplomatiyasının zabiti Kristina Baleisite, vətəndaş cəmiyyətinin nümayəndələri, QHT və müxalifət təmsilçiləri ilə görüşlər olacaq.
Nümayəndə heyətinin üzvləri Gürcüstanı aprelin 9-da tərk edəcəklər.