Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Dövlət Miqrasiya Xidmətində vakant yerlərə müsabiqə elan olunub.
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin internet saytının yaydığı məlumata görə, aprelin 1-dən 30-dək Şirvan, Lənkəran və Yevlax Regional Miqrasiya idarələrində, Bakı şəhəri və Yevlax şəhəri qanunsuz miqrantların saxlanması mərkəzlərində, DMX-nin Tibb Müəssisəsindəki vakant yerlərə sənəd qəbulu keçiriləcək.
Regional Miqrasiya idarələrində kargüzarlıq, qanunsuz miqrantların saxlanması mərkəzlərində tibb feldşeri, psixoloq, kargüzar, Tibb Müəssisəsində isə tibb qeydiyyatçısı, laborant və kargüzar vəzifələrini tutmaq üçün sənədlər qəbul olunur.
Sənəd qəbulu yekunlaşandan sonra namizədlər arasından müsahibə yolu ilə vakant yerlərə işə qəbul olunacaq.