...

Azərbaycan gömrükçüləri Bakıdan Türkiyəyə gedən İran vətəndaşında külli miqdarda psixotrop maddə aşkarlayıblar

Siyasət Materials 6 Aprel 2010 16:17 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının əməkdaşları Bakı-İstanbul aviareysi ilə uçmaq üçün gömrük nəzarətindən keçən İran vətəndaşı Borouji Kolli Ramin Baharalinin əl yükündə 1 488,425 qram psixotrop maddə olan metamfetamin aşkar ediblər.
Azərbaycan gömrükçüləri Bakıdan Türkiyəyə gedən İran vətəndaşında külli miqdarda psixotrop maddə aşkarlayıblar

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan gömrükçüləri Bakıdan Türkiyəyə gedən İran vətəndaşında külli miqdarda psixotrop maddə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının əməkdaşları Bakı-İstanbul aviareysi ilə uçmaq üçün gömrük nəzarətindən keçən İran vətəndaşı Borouji Kolli Ramin Baharalinin əl yükündə 1 488,425 qram psixotrop maddə olan metamfetamin aşkar ediblər. Baharali həmin reyslə uçmaq üçün onunla birlikdə hava limanına gəlmiş İran vətəndaşı Samadian Xaleq Xanhosseinlə qabaqcadan əlbir olub psixatrop maddəni Türkiyəyə keçirmək istəyib.

Fakt üzrə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, Borouji Kolli Ramin Baharali və Samadian Xaleq Xanhossein satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli Azərbaycanın gömrük sərhədindən keçirmək üçün İranda şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə giriblər. Onunla birlikdə Tehran-Bakı aviareysi ilə Bakı şəhərinə gəlib, Bakıda istintaqla müəyyən edilməmiş şəxsdən 1488,425 qram psixotrop maddə olan metamfetamin yerləşdirilmiş çamadanı İstanbul şəhərinə daşıyıb, şəxsiyyəti istintaqla müəyyən edilməmiş Rəsul adlı şəxsə çatdırmaq üçün götürüblər.

Təqsirləndirilən şəxs qismində dindirilərkən hər iki şəxs elan edilmiş ittihamda özlərini təqsirli bilib.

Xəbər lenti

Xəbər lenti