Aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallində - Kardiorqdakı Prezident sarayında rəsmi qarşılanma mərasimi olub, - AzərTAc Dövlət Agentliyi məlumat yayıb.
Azərbaycanın və Estoniyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.
Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Estoniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvlərinə, Estoniya Prezidenti Toomas Hendrik İlvesə təqdim olunub.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Estoniya Prezidenti sarayının "Fəxri Qonaqlar" kitabına ürək sözlərini yazıblar.
Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər. Sonda hədiyyələr mübadiləsi keçirilib.
İlham Əliyevin Tallində Prezident sarayında rəsmi qarşılanma mərasimi olub
Aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallində - Kardiorqdakı Prezident sarayında rəsmi qarşılanma mərasimi olub, - AzərTAc Dövlət Agentliyi məlumat yayıb.
