...

Aşqabadda Portuqaliya və Türkmənistanın hökumətlərarası danışıqları aparılır

Siyasət Materials 8 Aprel 2010 12:58 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 8 aprel /Trend, müxbir H.Həsənov/

Portuqaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Joao Gomes Kravinonun rəhbərliyi ilə Portuqaliya Respublikasının nümayəndə heyəti Aşqabadda hökumətlərarası danışıqlar keçirir.

Türkmənistan hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, görüşlər ölkənin iqtisadi və inkişaf, xarici işlər nazirliklərində baş tutub.

Məlumata əsasən, nümayəndə heyəti konstruktiv dövlətlərarası dialoqun bütün istiqamətlərdə, həmçinin, ticari-iqtisadi və mədəniyyət mübadiləsi sahəsində Türkmənistanla qarşılıqlı səmərəlli münasibətlərin inkişafında Portuqaliyanın maraqlı olduğunu ifadə edib.

Tərəflər iki dost ölkə xalqlarının rifahına xidmət edəcək ciddi qarşılıqlı fəaliyyət potensialının mövcud olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti