...

Gürcüstanda "Real TV" teleşirkətinin ofisi atəşə tutulub

Siyasət Materials 12 Aprel 2010 12:01 (UTC +04:00)
Aprelin 11-dən 12-nə keçən gecə naməlum şəxs "Real TV" teleşirkətinin ofisinin qapısına atəş açıb. Həmin vaxt binada jurnalistlər, mühafizə xidməti və şirkətin digər əməkdaşları olub.
Gürcüstanda "Real TV" teleşirkətinin ofisi atəşə tutulub

Gürcüstan, Tbilisi, 12 aprel /Trend, müxbir N.Kirsxaliya/

Aprelin 11-dən 12-nə keçən gecə naməlum şəxs "Real TV" teleşirkətinin ofisinin qapısına atəş açıb. Həmin vaxt binada jurnalistlər, mühafizə xidməti və şirkətin digər əməkdaşları olub.

Hadisə yerindən güllə gilizləri tapılıb. Dörd atəşin açıldığı ehtimal olunur. Fakt üzrə cinayət işi qaldırılıb.

Qeyri-rəsmi məlumatlara görə, "Real TV" Gürcüstanın daxili işlər naziri Vano Merabişvilinin nəzarətindədir.

Xəbər lenti

Xəbər lenti