...

Azərbaycanın müxalifət partiyası icazəsiz aksiya keçirmək niyyətindədir

Siyasət Materials 13 Aprel 2010 14:35 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası aprelin 14-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında nəzərdə tutulan piketi keçirməyə cəhd edəcək.
Azərbaycanın müxalifət partiyası icazəsiz aksiya keçirmək niyyətindədir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası aprelin 14-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında nəzərdə tutulan piketi keçirməyə cəhd edəcək.

"Bakı Şəhər İcra Hakimiyyəti müraciətimizə mənfi cavab versə də, sabah saat 12:00-a planlaşdırdığımız aksiyanı keçirmək niyyətindəyik", - çərşənbə axşamı Trend-ə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Hacılının sözlərinə görə, aksiyda sərbəst toplaşmaq azadlığının təmin edilməməsi, yürüşlər, mitinqlər, piketlər keçirmək üçün Bakının mərkəzi küçə və meydanlarında müvafiq yerlərin ayrılmamasına etiraz bildiriləcək. "Biz həm də rəsmi dövlət idarələrinin 200 metrlik radiusunda kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasını da tələb edəcəyik", - partiya funksioneri əlavə edib.

Müsavat Partiyası ötən həftəyə nəzərdə tutulan piketi Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədiyi səbəbindən təxirə salmışdı.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (bərpa) qurultayı 1992-ci il noyabrın 7-də Bakıda "Respublika" sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan Pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla Parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti