...

Gürcüstanın sahil mühafizəsi NATO-nun "Aktiv səylər" əməliyyatında iştirak edəcək

Siyasət Materials 30 Aprel 2010 20:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 aprel /Trend, müxbir N.Kirsxaliya/

Sərhəd Polisi İdarəsinin rəhbəri general-mayor Zazo Qoqavanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 27-29-da Neapola rəsmi səfərə gedib.

Səfər zamanı Gürcüstan Sərhəd Polisi və Neapol Birləşmiş Dəniz Komandanlığı Qüvvələri arasında Gürcüstan sərhəd mühafizəsinin "Aktiv səylər" əməliyyatında iştirakı barədə texniki memorandum imzalanıb. Bu barədə sərhəd polisinin mətbuat mərkəzinin məlumatında deyilir.

Əməliyyatlarda məqsəd Qara dəniz arealında, Cəbəllütariq boğazında və ətraf dəniz məkanında istənilən terror aktının həyata keçiriılməsinin aşkar edilməsi və qarşısının alınmasıdır.

Hazırkı müqavilə NATO ilə əməkdaşlıq sahəsində böyük əhəmiyyətə malikdir.

Xəbər lenti

Xəbər lenti