...

Rumıniya Azərbaycan - NATO dialoqunu dəstəkləyir - səfir Nikolaye Ureke

Siyasət Materials 4 May 2010 11:21 (UTC +04:00)
Rumıniya Azərbaycan - NATO dialoqunu dəstəkləyir və alyansın ölkəmizdəki koordinatoru kimi "Azərbaycanın Şimali Atlantika Alyansına yaxınlaşmasına töhfəsini verməyə çalışır
Rumıniya Azərbaycan - NATO dialoqunu dəstəkləyir - səfir Nikolaye Ureke

Azərbaycan, Bakı, 4 may /Trend, muxbir M.Əliyev/

Rumıniya Azərbaycan - NATO dialoqunu dəstəkləyir və alyansın ölkəmizdəki koordinatoru kimi "Azərbaycanın Şimali Atlantika Alyansına yaxınlaşmasına töhfəsini verməyə çalışır, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda "NATO-nun Avropada və strateji məkanda stabilliyin və təhlükəsizliyin təmin olunmasında rolu" mövzusunda keçirilən konfransdakı çıxışında Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke bildirib.

"Azərbaycanın NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasında iştirakını dəstəkləyirik. Bu tip konfransların keçirilməsində əsas məqsəd NATO-nun rol və funksiyasını aydınlaşdırmaqdır. Biz alyansın oynadığı rolu Azərbaycan ictimaiyyətinə çatdırmağa can atırıq. Çünki bir qayda olaraq, postsovet ölkələri alyans barədə səthi təsəvvürlərə malikdir", - səfir əlavə edib.

Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) və NATO ilə əlaqələndirici olan Rumıniyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan - NATO əməkdaşlığının 16 illiyinə və alyansın yaranmasının 61 illiyinə həsr olunan tədbir keçirilir..

Konfransın əsas məqsədi Azərbaycan - NATO əməkdaşlığının reallıqlarını və perspektivlərini müzakirə etməkdir.

Xəbər lenti

Xəbər lenti