...

Azərbaycan milli təhlükəsizlik naziri İranın daxili işlər naziri ilə görüşüb

Siyasət Materials 4 May 2010 17:47 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, nazir, general-leytenant Eldar Mahmudov ölkələrimiz arasında mehriban qonşuluq və dostluq münasibətlərinin daha da möhkəmlən­diril­mə­sinin, bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin ümumi təhlükəsizliyin təmin olunması işinə, o cümlədən cinayətkarlıqla, onun təhlükəli forma və təzahürləri ilə mübarizəyə öz töhfəsini verəcəyini bildirib.
Azərbaycan milli təhlükəsizlik naziri İranın daxili işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan milli təhlükəsizlik naziri İranın Bakıda səfərdə olan daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, nazir, general-leytenant Eldar Mahmudov ölkələrimiz arasında mehriban qonşuluq və dostluq münasibətlərinin daha da möhkəmlən­diril­mə­sinin, bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin ümumi təhlükəsizliyin təmin olunması işinə, o cümlədən cinayətkarlıqla, onun təhlükəli forma və təzahürləri ilə mübarizəyə öz töhfəsini verəcəyini bildirib.

Nazir regiondakı kriminogen şərait, ona təsir göstərən amillər, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər məsələlər, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə məlumat verib və bu sahələrdə hər iki ölkənin müvafiq strukturlarının əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.

Mustafa Məhəmməd Nəccar bu cür görüşlərin transmilli cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçuluqla mübarizə işində və hər iki dövlətin hüquq mühafizə qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Nəccar İran və Azərbaycan münasibətlərinin indiki səviyyəsindən məmnunluq hissi duyduğunu, ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq əlaqələrinin bundan sonra inkişaf edəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti