...

Azərbaycan Parlamentinin birinci vitse-spikeri Sankt-Peterburqda ekoloji məsələlərə dair beynəlxalq konfransda iştirak edəcək

Siyasət Materials 10 May 2010 11:12 (UTC +04:00)
Azərbaycan Parlamentinin birinci vitse-spikerinin qatılacağı 3-cü Neva Beynəlxalq Ekoloji Konqresində ekoloji məsələlər müzakirə olunacaq.
Azərbaycan Parlamentinin birinci vitse-spikeri Sankt-Peterburqda ekoloji məsələlərə dair beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin birinci vitse-spikerinin qatılacağı 3-cü Neva Beynəlxalq Ekoloji Konqresində ekoloji məsələlər müzakirə olunacaq.

Milli Məclisin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, mayın 12-də birinci vitse-spiker Ziyafət Əsgərov 3-cü Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək.

Milli Məclisin deputatı Jalə Əliyevanın da qatılacağı bu tədbirdə enerji effektivliyi və iqtisadiyyatın modernləşdirilməsi, ekologiya qlobal qarşılıqlı təsir sahəsi kimi, ekologiya, su və sağlam həyat tərzi, vətəndaş cəmiyyəti "yaşıl planet" uğrunda və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti