...

Azərbaycanın müxalifət partiyaları təbii fəlakəti siyasi qazanc məqsədilə istifadə edir - hakim partiyanın deputatı

Siyasət Materials 11 May 2010 12:52 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyaları Kür çayının məcradan çıxması nəticəsində baş verən təbii fəlakəti siyasi qazanc məqsədilə istifadə edir və bu proses müxalifət mətbuatında da özünü göstərir, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin iclasında Azərbaycanın hakim partiyasının deputatı Mübariz Qurbanlı bildirib.
Azərbaycanın müxalifət partiyaları təbii fəlakəti siyasi qazanc məqsədilə istifadə edir - hakim partiyanın deputatı

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyaları Kür çayının məcradan çıxması nəticəsində baş verən təbii fəlakəti siyasi qazanc məqsədilə istifadə edir və bu proses müxalifət mətbuatında da özünü göstərir, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin iclasında Azərbaycanın hakim partiyasının deputatı Mübariz Qurbanlı bildirib.

"Kürdə daşqınlar həmişə olub. Lakin builki daşqınlar əvvəlkindən səviyyəsinə görə daha böyük olduğundan, fəlakətlə nəticələnib. Amma hakimiyyət fəlakətin qarşısını almaq üçün xüsusi tədbirlər görür. Son illər heç bir deputat parlamentdə Kür ətrafındakı bəndlərin qəzalı vəziyyətdə olması barədə məsələ qaldırmayıb", - Qurbanlı əlavə edib.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan çıxması səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən jurnalistlərə bildirib ki, Kür çayının bəzi yerlərində suyun səviyyəsinin 1 metrə qədər azalması müşahidə olunur.

"Artıq böhranlı vəziyyətdən çıxmışıq. Hazırda uçulmuş bəndlərin bərpası işi gedir. İki-üç günə bəndlərin tam bərpası başa çatacaq", - Heydərov deyib. Nazirin sözlərinə görə, köçürülmüş 9 kəndin əhalisinin normal vəziyyətdə yaşaması üçün lazımi tədbirlər görülüb.

Qurbanlı deyib ki, Prezident keçirilən müşavirədə müvafiq tədbirlərin görülməsi ilə bağlı bütün dövlət strukturlarına tapşırıq verib və millət vəkilləri də üzərlərinə düşəni etməlidir.

Xəbər lenti

Xəbər lenti