...

Tina Kaydanov Tbilisidəki görüşlərinin yekununu açıqlayıb

Siyasət Materials 14 May 2010 14:46 (UTC +04:00)
ABŞ-ın Gürcüstandakı Səfirliyindən verilən məlumata əsasən, ABŞ-ın dövlət katibinin ikinci müavini Tina Kaydanovun Tbilisiyə səfəri zamanı 30 may seçkilərinin aparılması ilə bağlı məsələlər müzakirə olunub
Tina Kaydanov Tbilisidəki görüşlərinin yekununu açıqlayıb

Gürcüstan, Tbilisi,14 may /Trend, müxbir N.Kirsxaliya/

ABŞ-ın Gürcüstandakı Səfirliyindən verilən məlumata əsasən, ABŞ-ın dövlət katibinin ikinci müavini Tina Kaydanovun Tbilisiyə səfəri zamanı 30 may seçkilərinin aparılması ilə bağlı məsələlər müzakirə olunub. Öz görüşlərinin yekununu açıqlayaraq, o bildirib ki, hökumət, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

"Biz, sadəcə, bir məsələni deyil, o cümlədən, gözlənilən yerli seçkiləri də müzakirə etdik", - deyə Tina Kaydanov Amerika üçün Gürcüstandakı demokratik reformanın dəstəklənməsinin vacibliyini qeyd edən vitse-prezident Co Baydonun sözlərinə istinadən bildirib.

"Vitse-prezident bərabərhüquqlu seçki şəraitinin yaradılmasının vacibliyini də qeyd edib. Bu səfər çərçivəsində keçən ilin noyabr ayında mənim nümayəndəliyim altında demokratik məsələlər üzrə işçi qrupu ilə keçirdiyim görüşdə başladığım dialoqu qurmaq imkanım yaranıb. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri üzrə də geniş müzakirə aparılıb. ABŞ hökuməti Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə dəstəkləyir. Mən Cenevrə danışıqlarında bilavasitə iştirak edirəm", - deyə Kaydanov qeyd edib.

Onun sözlərinə görə, gürcü silahlı qüvvələrinin 32-ci batalyonu bu yaxınlarda Əfqanıstana göndərilib.

Xəbər lenti

Xəbər lenti