...

Azərbaycan iqtidarının siyasi kursunu dəstəkləyən partiya deputatlığa az sayda namizəd irəli sürəcək

Siyasət Materials 14 May 2010 13:29 (UTC +04:00)
Azərbaycan hakimiyyətinin siyasi kursunu dəstəkləyən partiya sədri hesab edir ki, hakim partiya ilə məsləhətləşmə aparmadan deputatlığa namizəd irəli sürmək mənasızdır.
Azərbaycan iqtidarının siyasi kursunu dəstəkləyən partiya deputatlığa az sayda namizəd irəli sürəcək

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan hakimiyyətinin siyasi kursunu dəstəkləyən partiya sədri hesab edir ki, hakim partiya ilə məsləhətləşmə aparmadan deputatlığa namizəd irəli sürmək mənasızdır.

"2005-ci il seçkilərində 46 nəfərin namizədliyini irəli sürsək də, bir deputat yeri qazana bilmədik. Bunu nəzərə alaraq, budəfəki seçkilərdə çox sayda namizəd irəli sürməyəcəyik", - cümə günü Trend-ə Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Kərimlinin sözlərinə görə, partiyanın Siyasi Şurasının qərarı ilə seçkilərdə təkbaşına iştirak edəcəklər.

"Amma hakim partiya ilə məsləhətləşmələr aparmadan namizədləri müəyyənləşdirməyəcəyik. Düşünürəm, yaxın müddətdə bu proses başlayacaq", - partiya sədri əlavə edib.

Özünün namizədliyinə gəldikdə, Kərimli deyib ki, bununla da bağlı hələ qəti qərar qəbul etməyib.

"Əgər hakim partiya ilə məsləhətləşmələr uğurlu olarsa, namizədliyimi Bakı şəhəri, yaxud İsmayıllı, Şamaxı və Ağsu rayonlarının birindən irəli sürəcəyəm", - o vurğulayıb.

Аzərbаycаn Аli Məhkəməsinin kеçmiş sədri, sаbiq millət vəkili Tаhir Кərimlinin rəhbərlik еtdiyi Vəhdət Pаrtiyаsı 2006-cı ilə qədər müхаlifət mövqеyində оlub. Pаrtiyа hаzırdа iqtidаrın siyаsi kursunu dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti