...

Azərbaycan və İordaniya beynəlxalq səviyyədə bir-birini hər zaman dəstəkləyirlər - Kral II Abdullah

Siyasət Materials 16 May 2010 21:06 (UTC +04:00)
Azərbaycan və İordaniya beynəlxalq səviyyədə bir-birini hər zaman dəstəkləyirlər, bunu İordaniya Kralı II Abdullah bazar günü Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşündən sonra mətbuat qarşısında etdiyi bəyanatında deyib.Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Azərbaycan və İordaniya beynəlxalq səviyyədə bir-birini hər zaman dəstəkləyirlər - Kral II Abdullah

Azərbaycanİordaniya beynəlxalq səviyyədə bir-birini hər zaman dəstəkləyirlər, bunu İordaniya Kralı II Abdullah bazar günü Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşündən sonra mətbuat qarşısında etdiyi bəyanatında deyib.Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

"Bakıda yenidən olmağımdan olduqca məmnunam. Ölkələrimiz arasında bu cür xüsusi münasibətlərdə irəliləyişi görməkdən çox şadam. Əminəm ki, bu gün apardığımız konstruktiv müzakirələr və bu səfər çərçivəsində imzalanacaq sənədlər əməkdaşlığımızı daha da gücləndirəcəkdir. İnanıram ki, biz nəqliyyat, kənd təsərrüfatı, enerji və xidmətlər sektorunda xüsusi əməkdaşlıq sahələrini müəyyən edə biləcəyik. Son bir neçə ildə bir sıra perspektivli imkanlar araşdırılıb. İnanıram ki, ikitərəfli münasibətlərimizin gələcəyi çox vədedicidir", Kral II Abdullah qeyd edib.

Kral II Abdullahın sözlərinə görə, digər beynəlxalq və regional, xüsusən də Yaxın Şərqdə hərtərəfli sülhün bərqərar olması üçün zəruri hesab edilən məsələlərlə bağlı İlham Əliyevlə müzakirələr aparmaqdan çox şad oldu. "İsrail-Fələstin münaqişəsinin iki dövlət variantı əsasında həllinə yönələn səylərimizdə irəliləyişin əldə olunması hamı üçün təxirəsalınmaz xarakter daşıyır. Bu, İsrail dövləti ilə sülh və təhlükəsizlik şəraitində yanaşı yaşayan suveren və möhkəm Fələstin dövlətinin qurulmasına xidmət etməlidir. Bu münaqişənin həlli sabitliyin və təhlükəsizliyin bərpası üçün xüsusi əhəmiyyət kəsb edir. Biz bu məsələni Bakıda qardaşlarımızla müzakirə etdik", II Abdullah deyib.

"Zənnimcə, ölkələrimiz arasında əməkdaşlıq genişdir. Biz beynəlxalq səviyyədə bir-birimizi hər zaman dəstəkləyirik. Zati-alilərinizin qeyd etdiyi kimi, bütün sahələrdə güclü əlaqələrimiz vardır. Mənim zati-aliləri ilə xeyli vaxtdır ki, sıx əlaqələrim mövcuddur. Uzun illərdir ki, bir-birimizi tanıyırıq. Aramızda olan bu münasibətlər hökumətlərimiz və xalqlarımız arasında olan əlaqələrdə də öz əksini tapıb. İnanıram ki, biz İordaniya ilə Azərbaycan arasında xüsusi münasibətlərimizi gələcəkdə daha da gücləndirəcəyik", İordaniya Kralı bildirib.

"Zati-aliləri, Sizi burada və beynəlxalq tədbirlərdə görməkdən hər zaman məmnun oluram. Ölkənizə yenidən səfər etməyimdən çox şadam. Yaxın vaxtlarda Sizi yenidən görməyi səmimiyyətlə arzulayıram və dostluğumuz münasibətlərimizi bundan sonra daha da sıx edəcəkdir. Çox sağ olun və göstərilmiş çox səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Sağ olun", II Abdullah deyib.

Xəbər lenti

Xəbər lenti