...

Gürcüstan "Şərq tərəfdaşlığı" və Avropa Birliyi nümayəndələrinin görüşündə iştirak edəcək

Siyasət Materials 24 May 2010 14:53 (UTC +04:00)
Gürcüstan "Şərq tərəfdaşlığı" layihəsinin nümayəndələrinin və Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
Gürcüstan "Şərq tərəfdaşlığı" və Avropa Birliyi nümayəndələrinin görüşündə iştirak edəcək

Gürcüstan, Tbilisi, 24 may /Trend, müxbir N.Kirsxaliya/

Trend-ə Gürcüstan Dövlət Dəftərxanasından verilən məlumata görə, Baş nazirin müavini, Gürcüstanın Avropaya inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze və xarici işlər nazirinin müavini David Calaqaniya bazar ertəsi Baltika sahilindəki Sopot şəhərinə forumda iştirak üçün yollanacaq.

Gözlənilir ki, görüşdə, həmçinin, Polşa XİN rəhbəri Radek Sikorski və maliyyə işləri üzrə Avropa komissarı Olli Ren iştirak edəcəklər.

Forumda AB-nin xarici siyasət üzrə katibi Ketrin Eşton da iştirak edəcək.

"Şərq tərəfdaşlığı" layihəsinin əsas məqsədi AB-nin keşmiş SSRİ-nin 6 ölkəsi - Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan və Belarusla yaxınlaşmasıdır.

Xəbər lenti

Xəbər lenti