...

İran Prezidentinin Gürcüstana səfəri məsələsi hələ həll olunmayıb - Prezident

Siyasət Materials 26 May 2010 15:09 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili İran Prezidenti Mahmud Əhmədinejadın Gürcüstana səfəri məsələsinin artıq həll olunduğu barədə məlumatı təkzib edib. Bu zaman o qeyd edib ki, Gürcüstanın Baş naziri Nika Gilauri iqtisadi məsələlərin müzakirə olunması üçün Tehrana yola düşməyi planlaşdırır.
İran Prezidentinin Gürcüstana səfəri məsələsi hələ həll olunmayıb - Prezident

Gürcüstan, Tbilisi, 26 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili İran Prezidenti Mahmud Əhmədinejadın Gürcüstana səfəri məsələsinin artıq həll olunduğu barədə məlumatı təkzib edib. Bu zaman o qeyd edib ki, Gürcüstanın Baş naziri Nika Gilauri iqtisadi məsələlərin müzakirə olunması üçün Tehrana yola düşməyi planlaşdırır.

"İran lideri dəvəti 4 və ya 5 il əvvəl alıb. Bundan sonra çox şey dəyişib", - mayın 25-i axşam Saakaşvili bir neçə teleşirkətin jurnalistlərinə bildirib.

Onun sözlərinə görə, Gürcüstan və İran viza rejiminin ləğv olunması barədə razılığa gəliblər ki, bu da daha çox iranlı turisti Gürcüstana cəlb edəcək.

"Biz, təbii ki, ticarət münasibətlərini fəallaşdırırıq", - Saakaşvili deyib. - "Siyasi münasibətlərə gəldikdə, bu, bir çox beynəlxalq amildən asılıdır. Biz, ümumilikdə, heç kimlə pis münasibət istəmirik, intiharçı deyilik, rasional və həqiqi olan hər şeyi edəcəyik".

Xəbər lenti

Xəbər lenti