...

Strasburqda Respublika Günü qeyd olunub

Siyasət Materials 29 May 2010 04:42 (UTC +04:00)
Mayın 28-də Fransanın Strasburq şəhərində « Avropa evi » Assosiasiyasının binasında Azərbaycanın milli bayramı- Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib
Strasburqda Respublika Günü qeyd olunub

Fransa, Strasburq, 29 may/ Trend, müxbir A. Məhərrəmli/

Mayın 28-də Fransanın Strasburq şəhərində " Avropa evi " Assosiasiyasının binasında  Azərbaycanın milli bayramı- Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib. Bu barədə Trend-ə şənbə günü Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən məlumat verilib.

Daimi nümayəndəliyin təşkil etdiyi qəbulda AŞ-nin yüksək rütbəli şəxsləri, AŞ Venesiya Komissiyasının katibi, Strasburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli idarəetmə orqanlarının məsul şəxsləri,  Strasburq universitetinin ziyalıları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti