...

Azərbaycan Prezidenti XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılış mərasimində iştirak edib

Siyasət Materials 1 İyun 2010 16:49 (UTC +04:00)
İyunun 1-də yeni inşa olunmuş Bakı Sərgi Mərkəzində XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılış mərasimində iştirak edib

İyunun 1-də yeni inşa olunmuş Bakı Sərgi Mərkəzində XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı əvvəlcə Bakı Sərgi Mərkəzinin açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.

Məlumat verilib ki, inşasına 2008-ci ildə başlanmış sərgi mərkəzi bütün beynəlxalq standartlara cavab verir. Tikinti-quraşdırma işlərinin gedişində burada 2000-dən çox inşaatçı, o cümlədən 500-ə yaxın əcnəbi mütəxəssis çalışıb. İşlərin ən yüksək sürətlə aparıldığı dövrdə obyektdə çalışan fəhlə və mühəndislərin sayı 3000 nəfərə bərabər olub.

Bakı Sərgi Mərkəzinin ümumi sahəsi 9 hektardır. Mərkəzin sərgi sahəsi 12.800 kvadratmetrdir. Mərkəzi binanın ümumi sahəsi 36.163 kvadratmetr, birinci mərtəbənin ümumi sahəsi 31.797 kvadratmetr, ikinci mərtəbənin sahəsi isə 4366 kvadratmetrdir. Kompleksin giriş hissəsində sahəsi 4480 kvadratmetr, hündürlüyü 12 metr olan holl yerləşir. Kompleksdə ofislər, məlumat və mətbuat bölmələri, iclas zalı, yardımçı və texniki otaqlar, sərgi salonlarına və restorana aparan keçidlər yaradılıb. Sərgi mərkəzi lazımı mühəndis qurğuları və sistemləri ilə təmin edilib. Binanın tikintisində müasir inşaat materiallarından və konstruksiyalarından istifadə olunub. Ərazidə avtomobil dayanacaqları inşa olunub, ətrafda yaşıllıq salınıb.

Sərgi mərkəzinin ərazisində Yaponiyanın "Nichia" firmasının istehsalı olan fırlanan media qülləsi quraşdırılıb. Qüllə üçbucaq formasında elektron tablolu 3 piramidadan ibarətdir. Qüllənin ümumi hündürlüyü 37 metr, hər bir piramidanın çəkisi isə 70 ton təşkil edir. Bu konstruksiya ən müasir reklam məhsulunun yüksək səviyyədə nümayiş etdirilməsinə imkan verir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti