...

Azərbaycanın polis orqanlarında kadr dəyişikliyi olub

Siyasət Materials 4 İyun 2010 16:03 (UTC +04:00)
Azərbaycanın Göyçay rayonunun polis rəisi tutduğu vəzifədən azad edilib.
Azərbaycanın polis orqanlarında kadr dəyişikliyi olub

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Göyçay rayonunun polis rəisi tutduğu vəzifədən azad edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov cümə günü Trend-ə bildirib ki, Göyçay rayon Polis Şöbəsinin rəisi Vüqar Məmmədyarov daxili işlər naziri Ramil Usubovun adına raport yazaraq daha az həcmli işə dəyişdirilməsini xahiş edib.

Zahidovun sözlərinə görə, nazirin müvafiq əmri ilə Məmmədyarov tutduğu vəzifədən azad edilərək Şirvan şəhərindəki rayonlararası imtahan-qeydiyyat bölməsinin rəisi təyin edilib.

Zahidov bildirib ki, Göyçay rayon Polis Şöbəsinə hələlik yeni rəis təyin olunmayıb.

Xəbər lenti

Xəbər lenti