...

"Azadlıq donanması"ndan azad olunmuş iki Azərbaycan vətəndaşı Bakıya qayıdıb (FOTO)

Siyasət Materials 6 İyun 2010 23:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Ü.Sadıxova/

"Azadlıq donanması"nın bortunda saxlanılan iki Azərbaycan vətəndaşı bazar günü Tel-Əvivdən birbaşa reyslə Bakıya qayıdıb.

Türk vəqfinə məxsus olan "Defne Y" adlı gəminin bortunda olan Orucovun sözlərinə əsasən, onların Qəzzaya gedişi yasaqlanıb və gəmi buksirlə Aşdod portuna aparılıb. Daha sonra onlar Aşdoddan Tel-Əvivə aparılıblar.

Onun dediyinə görə, gəminin sərnişinləri İsrail HDQ-nin əsgərlərinə hücum etməyiblər və gəminin içində silah olmayıb.

Orucov onu da deyib ki, saxlanılan zaman ona qarşı güc tətbiq edilməyib və saxlanılanlar normal şəraitdə saxlanılıblar.

O, təfərrüatlar barədə danışmaqdan imtina edib.

"Azadlıq donanması"nda olan Azərbaycan vətəndaşları aktivist olmayıblar. Məhərrəm Orucov "Defne Y" gəmisində 3 ildən artıq işləyib.

İsrail xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyat qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 9 nəfərin öldüyünü iddia edirlər.

Xəbər lenti

Xəbər lenti