...

Seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını istəyən müxalifət seçkilərin dürüst keçirilməsinə can atsın - Azərbaycanın birinci vitse-spikeri

Siyasət Materials 8 İyun 2010 13:15 (UTC +04:00)
Azərbaycanın Milli Məclisinin növbədənkənar sessiyasının iclasında Parlament seçkiləri və siyasi partiyalar haqqında qanunun qəbul məsələləri müzakirə edilib.
Seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını istəyən müxalifət seçkilərin dürüst keçirilməsinə can atsın - Azərbaycanın birinci vitse-spikeri

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Məclisinin növbədənkənar sessiyasının iclasında Parlament seçkiləri və siyasi partiyalar haqqında qanunun qəbul məsələləri müzakirə edilib.

"Düşünmürəm ki, Mərkəzi Seçki Komissiyasının paritet əsasda formalaşdırılmasını istəyən müxalifət seçkilərin dürüst keçirilməsinə can atsın. Müxalifəti təmsil edən millət vəkilləri beş il müddətində seçiciləri ilə görüşmürlər, onlarla işləmirlər və seçkilərqabağı aktivləşirlər", - Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında müxalif Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə "Siyasi partiyalar haqqında" qanunun, Seçki Məcəlləsinə dəyişikliklər aparılması təklifini irəli sürüb. Müxalifət partiyalarının tələbi seçki komissiyalarının paritet əsasda formalaşdırılmasıdır.

Spiker Oqtay Əsədov isə deyib ki, Parlamentdə təmsil olunan 8 müxalifət partiyası MSK-da yer istəyir.

"Məsləhət görürəm ki, onlar bir yerə yığılsınlar, bir fikrə gəlsinlər və iki namizədlə bağlı müraciət etsinlər", - Əsədov deyib.

Vitse-spiker Bahar Muradova isə deyib ki, "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik və əlavələrin edilməsinə Parlament seçkilərindən sonra baxıla bilər.

"Siyasi partiyalar haqqında qanun yenidən işlənilməlidir. Lakin seçkilər ərəfəsində olmağımızı nəzərə alaraq, bu müzakirələri Parlament seçkilərindən sonra siyasi partiyaların nisbətinə uyğun olaraq dəyişiklik etmək olar", - Muradova bildirib.

Xəbər lenti

Xəbər lenti