...

Türkiyənin adı Hərbi Doktrinaya hərbi, siyasi və təhükəsizlik sahələrində əməkdaşlıq etdiyimiz ölkə kimi daxil edilməlidir - deputat Zahid Oruc

Siyasət Materials 8 İyun 2010 16:46 (UTC +04:00)
Türkiyənin adı Hərbi Doktrinaya hərbi, siyasi və təhükəsizlik sahələrində əməkdaşlıq etdiyimiz ölkə kimi daxil edilməlidir.
Türkiyənin adı Hərbi Doktrinaya hərbi, siyasi və təhükəsizlik sahələrində əməkdaşlıq etdiyimiz ölkə kimi daxil edilməlidir - deputat Zahid Oruc

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/

Türkiyənin adı Hərbi Doktrinaya hərbi, siyasi və təhükəsizlik sahələrində əməkdaşlıq etdiyimiz ölkə kimi daxil edilməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin növbədənkənar sessiyasının çərşənbə axşamı keçirilən ilk iclasında Hərbi Doktrinanın müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

Azərbaycanın Hərbi Doktrinası Milli Məclisin növbədənkənar sessiyasının çərşənbə axşamı keçirilən ilk iclasında müzakirəyə çıxarılıb.

Layihəni təqdim edən birinci vitse-spiker, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Hərbi Doktrina layihəsi 75 bənddən ibarətdir, 7 əsas müddəanı özündə ehtiva edir. Regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda, hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər sənəddə əksini tapıb.

Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı Hərbi Doktrina layihəsində istisnalar nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, lazımi şəraitlərdə Azərbaycan belə bir səlahiyyəti özündə saxlayır.

Layihədə Ermənistan təcavüzkar kimi göstərilib. Eyni zamanda, bu təcavüz nəticəsində regionda yaranmış vəziyyət, təhlükəsizliyə çox böyük risklər öz əksini tapıb. Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması layihədə göstərilib. Bundan başqa, maliyyə və iqtisadi böhranlar, enerji resursları uğrunda aparılan zorakı mübarizələr, separatizmin stimullaşdırılması və digər məsələlər Hərbi Doktrina layihəsində yer alıb.

Spiker Oqtay Əsədov deputatın təklifi ilə razılaşmayıb. Əsədov bildirib ki, Azərbaycan heç bir bloka daxil olmur və Türkiyənin adının sənədə daxil edilməsi Azərbaycanın hansısa bloka daxil olması deməkdir.

Xəbər lenti

Xəbər lenti