...

Azərbaycanın müxalifət partiyaları yeni birlik yaratmaq istiqamətində fəaliyyətə başlayıblar

Siyasət Materials 9 İyun 2010 11:50 (UTC +04:00)
Azərbaycanın Milli Qurtuluş Partiyası bir neçə partiyanın yeni birlik yaratmaq istiqamətində fəaliyyətə başladığını və rəhbəri olduğu partiyaya da müraciət etdiklərini açıqlayıb, - bu barədə Trend-ə MQP-dən bildiriblər.
Azərbaycanın müxalifət partiyaları yeni birlik yaratmaq istiqamətində fəaliyyətə başlayıblar

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycanın Milli Qurtuluş Partiyası bir neçə partiyanın yeni birlik yaratmaq istiqamətində fəaliyyətə başladığını və rəhbəri olduğu partiyaya da müraciət etdiklərini açıqlayıb, - bu barədə Trend-ə MQP-dən bildiriblər.

MQP başqanının siyasi məsələlər üzrə müavini Xaqani Emin bildirib ki, müxalifət partiyalarından müraciət edənlər müxalifət daxilində monopolist meyillərə qarşı olduqlarını, yeni birlik yaradaraq siyasi güclərini birləşdirməyi, Qarabağ və Güney Azərbaycanın problemlərini əsas prioritet elan edəcəklər. O, müraciətin qarşıdan gələn növbəti Siyasi Şura toplantısında müzakirə olunacağını deyib.

"Biz 2009-cu ilin sentyabrından Demokratiya Uğrunda İttifaqın üzvüyük və bu qurumdan imtina etmək fikrimiz yoxdur. Yeni qurum yaransa, biz o quruma bir şərtlə daxil ola bilərik ki, yeni birlik DUİ-yə alternativ olmasın; hüquqi baxımdan bizim DUİ-dəki təmsilçiliyimizə hər hansı problem yaranmasın. Bir sözlə, yeni qurum daha çox məşvərətçi, əlaqələndirici xarakterə malik, əvvəllər mövcud olmuş "dəyirmi masa"lar tipində bir qurum olsun", -  MQP başqanının müavini bildirib.

Xəbər lenti

Xəbər lenti