...

ATƏT Parlament seçkilərindən qabaq aksiyaların keçirilməsi üçün icra hakimiyyəti tərəfindən xüsusi yerlərin ayrılması faktını müsbət qiymətləndirir

Siyasət Materials 11 İyun 2010 15:13 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel Parlament seçkilərindən qabaq aksiyaların keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi yerlərin ayrılması faktını müsbət qiymətləndirib.
ATƏT Parlament seçkilərindən qabaq aksiyaların keçirilməsi üçün icra hakimiyyəti tərəfindən xüsusi yerlərin ayrılması faktını müsbət qiymətləndirir

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Y.Ostapenko/

ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel Parlament seçkilərindən qabaq aksiyaların keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi yerlərin ayrılması faktını müsbət qiymətləndirib.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həqiqətən də Parlament seçkilərindən qabaq aksiyaların keçirilməsi üçün şəhərin müxtəlif hissələrində 11 yer ayrılıb. Bu isə ATƏT tərəfindən müsbət qiymətləndirilir. Bu sözləri bu gün müxbirlərə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Cankorel deyib.

Azərbaycanda Parlament seçkiləri noyabrın əvvəlinə planlaşdırılıb. Azərbaycanın Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş siyahıya əsasən, respublikada daimi yaşayan seçicilərin sayı 4 829 min nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti