...

Azərbaycan Prezidenti "Hərbi qulluqçuların statusu haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 11 İyun 2010 20:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Hərbi qulluqçuların statusu haqqında" və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə" qanunların tətbiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti "Hərbi qulluqçuların statusu haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Hərbi qulluqçuların statusu haqqında" və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə" qanunların tətbiq edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə "Hərbi qulluqçuların statusu haqqında" qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

"Hərbi qulluqçuların statusu haqqında" qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti