...

Ermənistan XİN rəhbəri bu gün gürcü həmkarı ilə görüşəcək

Siyasət Materials 14 İyun 2010 12:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 iyun /Trend, N.Kirsxaliya/

Dünən gecə Tbilisiyə gələn Ermənistan xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan bu gün gürcü həmkarı Qriqol Vaşadze ilə görüşəcək.

Bu barədə Trend-ə Gürcüstan Xarici İşlər Nazirliyindən bildiriblər. Görüş yerli vaxtla 10:30-da başlayacaq. 11:15-də isə nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Nazir Nalbandyan səfərinin gedişində Gürcüstan Prezidenti, Baş nazir, eləcə də erməni ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti