...

Bakıda Azərbaycan - Avstriya əməkdaşlığının perspektivləri müzakirə olunacaq (FOTO)

Siyasət Materials 17 İyun 2010 12:02 (UTC +04:00)
Danışıqlar Avstriyanın xarici işlər və iqtisadiyyat nazirlərinin iyunun 23-də Bakıya səfərləri çərçivəsində keçiriləcək. Bu barədə cümə axşamı jurnalistlərə Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer Kaybiç məlumat verib.
Bakıda Azərbaycan - Avstriya əməkdaşlığının perspektivləri müzakirə olunacaq (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Hacıyev/

Bakıda Azərbaycanla Avstriya arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Danışıqlar Avstriyanın xarici işlər və iqtisadiyyat nazirlərinin iyunun 23-də Bakıya səfərləri çərçivəsində keçiriləcək. Bu barədə cümə axşamı jurnalistlərə Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer Kaybiç məlumat verib.

Nazirlərin səfərləri çərçivəsində ölkənin rəsmi şəxsləri ilə, o cümlədən, Azərbaycanın Baş naziri və xarici işlər naziri ilə görüşlər keçiriləcək. Səfir bildirib ki, ölkələr arasında iqtisadi və siyasi əməkdaşlığın inkişaf məsələləri müzakirə olunacaq.

Diplomatın sözlərinə görə, Avstriya Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir.

Nazirlər Bakıda Avstriya kitabxanasının açılışında da iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti