...

Heç kim Türkiyə-ABŞ münasibətlərini korlaya bilməz – səfir Hulusi Kılıc

Siyasət Materials 18 İyun 2010 09:00 (UTC +04:00)
Heç kim və heç nə ABŞ və Türkiyə arasındakı tarixi münasibətləri korlaya bilməz. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.
Heç kim Türkiyə-ABŞ münasibətlərini korlaya bilməz – səfir Hulusi Kılıc

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Ü.Sadıxova/

Heç kim və heç nə ABŞ və Türkiyə arasındakı tarixi münasibətləri korlaya bilməz. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.

"Ölkələr arasında tarixən qarşılıqlı strateji münasibətlər olub. Bu münasibətlər heç kəs xətər yetirə bilməz, əksinə münasibətlər genişlənəcək və inkişaf edəcək", - diplomat qeyd edib.

Respublikaçılar və demokratlardan olan ABŞ konqresmenləri çərşənbə günü Türkiyəni İranla yaxınlaşmaqda və İsrailin ünvanına kəskin çıxış etməkdə davam edəcəyi təqdirdə, bunun ona baha başa gələcəyi barədə xəbərdarlıq ediblər. Məlumatı İsrail KİV-nə istinadən əl-Ərəbiyyə" ərəb saytı yazıb.

Konqresmenlərin bəyanatı türk hökumətinin "Azadlıq donanması" ətrafında baş verən hadisələrdən sonra İsrailə qarşı münasibəti ilə bağlıdır. Göyərtəsində 600 beynəlxalq aktivistin olduğu humanitar karvan Qəzzaya gedərkən Aralıq dənizinin neytral sularında İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb. İsrail kommandosunun gəminin göyərtəsində silahın olub-olmaması ilə bağlı yoxlamaq tələbi toqquşmaya səbəb olub və nəticədə 9 türk fəalı həlak olub. Bu, əvvəllər regionda hərbi müttəfiq olan Türkiyə və İsrail münasibətlərinin ciddi şəkildə pisləşməsinə gətirib çıxarıb.

İsrailin "Haaretz" qəzeti cümə axşamı yazıb ki, ABŞ-dakı Avropa təşkilatlarının bəzi nümayəndələri ikitərəfli münasibətlərdə yaranan böhranı müzakirə etmək üçün türk rəsmiləri ilə görüşməkdən imtina ediblər.

Qəzet yəhudi lobbisinin nümayəndələrindən birinə istinadən yazır ki, biz, başda Baş nazir Rəcəb Tayyib Ərdoğan olmaqla, türk hökumətinin İsraillə münasibətlərə yenidən baxacağı təqdirdə dialoqa hazırıq.

Türkiyənin Azərbaycandakı səfiri yəhudi lobbisinin Ankara və Vaşinqton arasındakı münasibətləri korlaya biləcəyinə şübhə ilə yanaşır.

"ABŞ üçün ölkənin daxili maraqları vacibdir. Türkiyə və ABŞ NATO-da müttəfiqdirlər. Bundan başqa, biz müxtəlif sahələrdə əməkdaşlıq edirik. Prezident Barak Obamanın Türkiyəyə, Ankaranın isə ABŞ-a olan münasibəti hamıya məlumdur", - səfir vurğulayıb.

Cümə axşamı iyunda Ankarada keçirilməsi nəzərdə tutulan və terrorizmlə mübarizəyə həsr edilən birgə Türkiyə-ABŞ iclasının Vaşinqtonun təşəbbüsü ilə ləğv edilməsi də məlum olub.

Ağ Evin mətbuat katibi Filip Krouli mətbuat konfransında məlumat verib ki, tədbir ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə əlaqələndiricisi Daniel Benjaminin başçılıq etdiyi nümayəndə heyətinin planlaşdırılan müddətdə iclasda iştirak edə bilməməsi səbəbindən ləğv edilib. "Türkiyə terrorizmlə mübarizə sahəsində vacib müttəfiqdir və ABŞ bu tədbirin yeni proqramını gözləyir", - Krouli qeyd edib.

Xəbər lenti

Xəbər lenti