...

ABŞ dövlət katibinin köməkçisi Robert Bleyk Özbəkistanın Əndican vilayətinə gəlib

Siyasət Materials 18 İyun 2010 11:57 (UTC +04:00)
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Riçard Bleyk cümə günü səhər Özbəkistanın Əndican vilayətinə gəlib.
ABŞ dövlət katibinin köməkçisi Robert Bleyk Özbəkistanın Əndican vilayətinə gəlib

Özbəkistan, Daşkənd, 18 iyun /Trend, müxbir D.Əzizov/

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Robert Bleyk cümə günü səhər Özbəkistanın Əndican vilayətinə gəlib.

Bleyk səfər zamanı Qırğızıstandan olan qaçqınların müvəqqəti yaşayış düşərgələrinə baş çəkmək niyyətindədir. O, Özbəkistanda onlar üçün yaradılan şəraitlə tanış olmaq və yaranmış humanitar vəziyyəti qiymətləndirmək istəyir.

ABŞ Dövlət Departamentinin Özbəkistana dövlət səfəri cümə axşamından başlayıb. Dünən Bleyk Özbəkistan xarici işlər naziri Vladimir Norovla görüşüb. Danışıqların mövzusu haqda məlumat yoxdur.

Xəbər verildiyi kimi, səfər proqramında Özbəkistan rəhbərliyi, vətəndaş cəmiyyəti və tərəfdaş qurumların nümayəndələri ilə məsləhətləşmələr nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti