...

Azərbaycan Parlamenti "Normativ hüquqi aktlar haqqında" qanun layihəsi qəbul edib

Siyasət Materials 18 İyun 2010 13:24 (UTC +04:00)
Azərbaycan Parlamentinin (Milli Məclis) növbədənkənar sessiyasının cümə günü keçirilən iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun layihəsi qəbul edilib.
Azərbaycan Parlamenti "Normativ hüquqi aktlar haqqında" qanun layihəsi qəbul edib

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin (Milli Məclis) növbədənkənar sessiyasının cümə günü keçirilən iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun layihəsi qəbul edilib.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov üçüncü oxunuşda müzakirəyə çıxarılan "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu layihəsi barədə məlumat verib.

Komitə sədri söyləyib ki, bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul olunması, dərc edilməsi, qüvvədə olması, şərhi və sistemləşdirilməsi qaydalarını müəyyən edəcək.

"Bu layihəyə Azərbaycan Parlamenti ilə "Tvinniq" proqramı çərçivəsində əməkdaşlıq edən Litva ekspertləri və Avropa Şurasının Venesiya
Komissiyası müsbət rəy veriblər. Venesiya Komissiyasının rəyində layihənin müfəssəl hazırlandığı göstərilib. Layihənin qəbulu qanunvericlik sahəsinə böyük fayda verəcək. Xüsusilə də qanun layihəsinin dövlət orqanlarının və ya vəzifəli şəxslərin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar sui-istifadə amilləri ilə bağlı maddələrində dövlət orqanları və səlahiyyətli şəxslər qarşısında ciddi tələblər qoyulub", - Hüseynov deyib.

Qanunun qəbulundan sonra hazırlanacaq qanun layihələrinin qəbulu və icrası məhz bu Konstitusiya Qanununun tələblərinə uyğun həyata keçiriləcək.

Müzakirələrdə çıxış edən millət vəkilləri İlyas İsmayılovPənah Hüseyn qanun layihəsində müəyyən nöqsanların olduğunu bildiriblər.
Deputat Sabir Rüstəmxanlı isə bu qanun layihəsinin son dərəcə vacib sənəd olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti