Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Hindistandakı səfiri diplomatiya və beynəlxalq əlaqələr sahəsinə verdiyi yüksək töhfələrə görə diplomla təltif edilib.
Səfirliyin cümə günü yaydığı məlumata görə, Hindistanda yerli yüksəkrütbəli rəsmilərin, beynəlxalqdərəcəli nümayəndələrin səfirlik və diplomatik nümayəndəliklərinin başçılarının iştirakı ilə Dünya ətraf mühit günü qeyd edilib.
Tədbirin sonunda Səfir Tamerlan Qarayev diplomatiya və beynəlxalq əlaqələr sahəsinə verdiyi yüksək töhfələrə görə, Hindistan Universitetlər Konfederasiyası tərəfindən yaradılmış Tədqiqatlar Komitəsi, Təbiət və Ətraf Mühit Üzrə Təşkilatlar Assosiasiyası, Birləşmiş Millətlər Təşkilatının, habelə ECOSOC, UNDPİ, UNCED, UNESCO və UNİCEF-i təmsil edən Dünyada Sülhü Maarifləndirənlər Assosiasiyası və Naqaland Qlobal Açıq Universiteti tərəfindən birgə təsis olunmuş "GREEN DİPLOMATİST AWARD" diplomu ilə təltif edilib.