...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüqurları Bürosu Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənir

Siyasət Materials 22 İyun 2010 17:24 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüqurları Bürosunun seçkiqabağı qiymətləndirmə missiyası Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüqurları Bürosu Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüqurları Bürosunun seçkiqabağı qiymətləndirmə missiyası Azərbaycanda parlament seçkiqabağı vəziyyəti öyrənir.

Nikolos Kaçarovskinin başçılıq etdiyi missiya Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. Bu barədə Trend-ə MSK-nın mətbuat xidmətindən bildiriblər.

Azərbaycanda parlament seçkilərinin keçirilməsi noyabrda nəzərdə tutulub.

Pənahov Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla, xüsusən də ATƏT-lə əlaqələrə önəm verdiyini bildirərək, qarşıdan gələn seçkilərdə də sıx əməkdaşlıq edəcəklərini nəzərə çatdırıb.

Missiyanın üzvləri seçki komissiyalarının təşkili və iş prinsipləri, MSK-nın seçkiyə hazırlıq çərçivəsində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri ilə maraqlanıblar.

Görüşdə tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti