...

Azərbaycanda ilk dəfə olaraq GUAM ölkələri gənc liderlərinin forumu keçiriləcək

Siyasət Materials 24 İyun 2010 18:17 (UTC +04:00)
Azərbaycanda iyunun 25-də ilk dəfə olaraq GUAM ölkələri gənc liderlərinin forumu keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.
Azərbaycanda ilk dəfə olaraq GUAM ölkələri gənc liderlərinin forumu keçiriləcək

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda iyunun 25-də ilk dəfə olaraq GUAM ölkələri gənc liderlərinin forumu keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.

Forumun başlıca məqsədi GUAM çərçivəsində beynəlxalq əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi və birgə tədbirlərin müəyyənləşdirilməsidir.

Forumun işində Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın gənclərlə iş üzrə dövlət strukturlarının nümayəndələri, gənclər təşkilatlarının milli şuraları, GUAM-a üzv dörd ölkənin gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Forum ilk dəfə 2006-cı il martın 9-12-də Moldovanın paytaxtında keçirilib.

Xəbər lenti

Xəbər lenti