...

Albaniya Parlamenti sədrinin Azərbaycana rəsmi səfəri başlayıb (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 28 İyun 2010 21:52 (UTC +04:00)
Albaniya Parlamenti sədrinin bu gün Azərbaycana rəsmi səfəri başlayıb.
Albaniya Parlamenti sədrinin Azərbaycana rəsmi səfəri başlayıb (YENİLƏNİB) (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Albaniya Parlamenti sədrinin bu gün Azərbaycana rəsmi səfəri başlayıb.

"Bu mənim Azərbaycana ilk səfərimdir. Qədim sivilizasiyaya malik bir ölkədə səfərdə olmaqdan məmnunam", - Albaniya Parlamenti sədri Jozefina Topalli hava limanında jurnalistlərə deyib.

Albaniya Parlamenti sədrini hava limanında Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov qarşılayıb.

Albaniya Parlamentinin spikerinin sözlərinə görə, səfər çərçivəsində onun prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər nazirlərlə görüşləri olacaq.      

Albaniya Parlamentinin sədri xanım Jozefina Topallini iyunun 29-da Azərbaycan Parlamentində görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında münasibətlər, hər iki ölkənin parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti