...

Yalnız avtomobilin arxa hissəsinin şüşəsinə pərdə və plyonkaya icazə verilir - Azərbaycanın daxili işlər naziri

Siyasət Materials 2 İyul 2010 11:15 (UTC +04:00)
Yalnız avtomobilin arxa hissəsinin şüşəsinə pərdə və plyonkaya icazə verilir
Yalnız avtomobilin arxa hissəsinin şüşəsinə pərdə və plyonkaya icazə verilir - Azərbaycanın daxili işlər naziri

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Qanunvericiliyə edilən əlavə və dəyişikliyə görə, yalnız avtomobilin arxa hissəsinin şüşəsinə pərdə və plyonkaya icazə verilir, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında daxili işlər naziri Ramil Usubov bildirib.

"Arxa qapıların şüşələrinə isə yalnız zavod istehsalı olan pərdə və plyonkalar varsa, icazə verilir", - Usubov deyib.

Milli Məclis "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər edib.

Polisin xidmət yaşının artırılması məsələsinə münasibət bildirən nazirin sözlərinə görə, gələcəkdə, ola bilsin, xidmət yaşı artırılsın, amma hazırda belə bir məsələ gündəmdə deyil.

"Əvvəllər polisdə xidmət müddəti 50 yaş olub. 1998-ci ildə polis haqqında qanunla bu yaş 55 yaşa qədər artırılıb. Daxili İşlər Nazirliyinin belə bir hüququ var ki, xidmətdə fərqlənən polis əməkdaşlarının xidmət müddətini daha 5 il uzatsın. Bu, kifayət qədər normal yaşdır", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti