...

Bakıda NATO-nun beynəlxalq məktəbinin yay sessiyası başlayıb

Siyasət Materials 5 İyul 2010 12:51 (UTC +04:00)
Bakıda NATO-nun beynəlxalq məktəbinin yay sessiyası başlayıb. Sessiyanın mövzusu maliyyə təhlükəsizliyidir. Sessiya iştirakçıları beş gün ərzində qlobal maliyyə böhranı dövründə maliyyə təhlükəsizliyi problemlərini müzakirə edəcəklər.
Bakıda NATO-nun beynəlxalq məktəbinin yay sessiyası başlayıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir S.Ağayeva/

Bakıda NATO-nun beynəlxalq məktəbinin yay sessiyası başlayıb. Sessiyanın mövzusu maliyyə təhlükəsizliyidir. Sessiya iştirakçıları beş gün ərzində qlobal maliyyə böhranı dövründə maliyyə təhlükəsizliyi problemlərini müzakirə edəcəklər.

Azərbaycan və NATO arasında əməkdaşlığın təməli 4 may 1994-cü il tarixdə imzalanan "Sülh naminə tərəfdaşlıq" Proqramı üzrə çərçivə sənədinin əsasında qoyulub. Azərbaycan ATƏT üzvü olan 27 ölkə sırasında bu proqramın ilk iştirakçılarından olub.

1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Adıçəkilən sənəd qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edib. Hazırda bu proqrama uyğun olaraq, Azərbaycan üzərinə düşən 50-yə yaxın tərəfdaş vəzifəsini yerinə yetirir.

2005-ci ilin avqustunda Prezident İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə Fəaliyyət Planı" təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Hazırda "Azərbaycan Respublikasının NATO ilə fərdi əməkdaşlığı üzrə Fəaliyyət Planı"nın ikinci mərhələsi həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti