...

Amerikalılar Azərbaycanın enerji təhlükəsizliyində və beynəlxalq terrorizmlə mübarizədə aparıcı rolunu başa düşməlidirlər – Amerika Yəhudi Komitəsinin icraçı-direktoru

Siyasət Materials 6 İyul 2010 10:50 (UTC +04:00)
Amerikalılar Azərbaycanın hazırda enerji təhlükəsizliyində, beynəlxalq terrorizmlə mübarizədə, Əfqanıstandakı hərbi əməliyyatlarda oynadığı aparıcı rolunu başa düşməlidirlər. Bu barədə Amerika Yəhudi Komitəsinin (AYK) icraçı-direktoru Devid Allan Harris Bakıya səfərinin yekunları ilə bağlı deyib. Onun sözlərini AYK-in (www.ajc.org) saytı bazar ertəsi dərc edib.
Amerikalılar Azərbaycanın enerji təhlükəsizliyində və beynəlxalq terrorizmlə mübarizədə aparıcı rolunu başa düşməlidirlər – Amerika Yəhudi Komitəsinin icraçı-direktoru

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir A.Axundov/

Amerikalılar Azərbaycanın hazırda enerji təhlükəsizliyində, beynəlxalq terrorizmlə mübarizədə, Əfqanıstandakı hərbi əməliyyatlarda oynadığı aparıcı rolunu başa düşməlidirlər. Bu barədə Amerika Yəhudi Komitəsinin (AYK) icraçı-direktoru Devid Allan Harris Bakıya səfərinin yekunları ilə bağlı deyib. Onun sözlərini AYK-in (www.ajc.org) saytı bazar ertəsi dərc edib.

"Biz Bakıya dövlət katibi Hillari Klintonun, müdafiə naziri Robert Geytsin səfərindən bir ay sonra səfər etməyimizdən məmnun idik", - Harris bildirib.

Onun sözlərinə görə, yəhudilər və İsrailin dostları Azərbaycandakı yəhudi icmasının zəngin tarixini və İsraillə qarşılıqlı yaxın əlaqələri haqda bilməlidirlər.

"Biz mehribanlıqla və xoş qarşılandıq. Azərbaycana verdiyimiz əhəmiyyəti nəzərə alaraq, biz ölkəyə növbəti səfəri və qarşılıqlı əlaqələrin artmasını gözləyəcəyik", - Harris qeyd edib.

Bazar ertəsi Harrisin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya ikigünlük səfəri başa çatıb.

Səfər zamanı nümayəndələr Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər nazirinin müavini Vaqif Sadıxov, Parlamentin spikeri Oqtay Əsədov, İsrailin səfiri Mixail Lavon Lotem, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu və digər rəsmi şəxslər tərəfindən qəbul ediliblər.

Bu, AYK nümayəndə heyətinin Azərbaycana son iki ildə ikinci səfəridir. İlk səfər 2008-ci ilin avqustunda baş tutmuşdu.

Xəbər lenti

Xəbər lenti