...

İlham Əliyev Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 8 İyul 2010 13:24 (UTC +04:00)
Prezident İlham Əliyev iyulun 8-də Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub
İlham Əliyev Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub

Prezident İlham Əliyev iyulun 8-də Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına qayğısını əks etdirən fotoguşə yaradılıb.

Məlumat verildi ki, 1959-cu ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra, Mədəniyyət evi müasirliyi ilə seçilir.

Binanın qarşısında geniş abadlıq işləri görülmüş, Azərbaycan mədəniyyətinin tanınmış simalarının büstləri qoyulmuşdur. Üçmərtəbəli binanın ümumi sahəsi 1000 kvadratmetrə yaxındır. Birinci mərtəbədə inzibati otaqlar yerləşir. Müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 250 nəfərlik akt zalı ikinci mərtəbədə yerləşir. Burada səsyazma və avtomatik idarəetmə otaqları vardır. Zal müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Üçüncü mərtəbədə də müxtəlif təyinatlı otaqlar yerləşir.

Məlumat verildi ki, Zaqatala Mədəniyyət evində 2 xalq kollektivi, xalq teatrı və xalq kəndirbazlar qrupu, səyahətlər klubu və 5 dərnək fəaliyyət göstətir.

Prezident İlham Əliyev Mədəniyyət evinin yaxınlığında müharibə veteranları və əlillər üçün bağda yaradılmış şəraitlə də tanış oldu.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti