...

Azərbaycan XİN rəhbərliyi Diplomatiya Günü münasibətilə Fəxri Xiyabanı ziyarət edib (FOTO)

Siyasət Materials 9 İyul 2010 11:22 (UTC +04:00)
Azərbaycan XİN rəhbərliyi Diplomatiya Günü münasibətilə Fəxri Xiyabanı ziyarət edib
Azərbaycan XİN rəhbərliyi Diplomatiya Günü münasibətilə Fəxri Xiyabanı ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir S.Ağayeva/ 

Azərbaycanda iyulun 9-da ölkənin diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olunur.

Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi XİN-in nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib, müasir Azərbaycan dövlətinin memarı, ümumilli lider Heydər Əliyevin xatirəsini yad edərək onun məzarına əklil qoyublar.

Eləcə də məşhur alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül qoyulub.
 
Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.

Dövlət başçısının sərəncamında deyilir:

"Müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu ilin iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq hər il 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsini qərara alıram".

Şəhidlər Xiyabanında xarici işlər orqanlarının əməkdaşları Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş Vətənin qəhrəman oğullarının məzarlarını ziyarət ediblər, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Xəbər lenti

Xəbər lenti