...

"Azadlıq" blokunun dağılması Azərbaycan müxalifətində yeni reallıqlar yaradacaq – partiya sədri Sərdar Cəlaloğlu

Siyasət Materials 14 İyul 2010 12:42 (UTC +04:00)
“Azadlıq” blokunun dağılması Azərbaycan müxalifətində yeni reallıqlar yaradacaq
"Azadlıq" blokunun dağılması Azərbaycan müxalifətində yeni reallıqlar yaradacaq – partiya sədri Sərdar Cəlaloğlu

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T.Hacıyev/

Müxalif "Azadlıq" blokunun dağılması Azərbaycan siyasətində yeni reallıqlar yaradacaq. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

"Azadlıq" blokunun dağılması Azərbaycan siyasətində yeni reallıqlar yaradacaq. Bundan sonra bu reallıqları nəzərə alaraq hərəkət etmək lazımdır. Xırda blokların dağılaraq müxalifətin daha geniş bir blokunun yaranması müsbət haldır", - Cəlaloğlu əlavə edib.

Trend-in arayışı: Müxalif "Azadlıq" blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyası ilə seçki bloku yaratmaq üçün danışıqlara başlamaq barədə qərar qəbul edib. Həmin qərar "Azadlıq" blokuna daxil olan digər partiyaların sərt reaksiyasına səbəb olub və blokun fəaliyyətinə xitam verilməsi elan olunub.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

ADP sədri partiyasının Müsavat Partiyası ilə əməkdaşlıq perspektivlərinə də aydınlıq gətirib.

"Siyasətdə daimi dostlar yoxdur, daimi maraqlar var. Azərbaycan Demokrat Partiyası Azərbaycanın və partiyanın mənafelərinə xidmət edəcək istənilən əməkdaşlığa hazırdır", - Cəlaloğlu əlavə edib.

Azərbaycan Demokrat Partiyası 1991-ci ildə Naxçıvan şəhərində təsis olunub. 14 mart 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 1994-cü il ADP-nin birinci qurultayında Sərdar Cəlaloğlu partiyanın sədri seçilib.

Xəbər lenti

Xəbər lenti